Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə mayın 6-da Xəzər rayonu, Zirə qəsəbəsi, Bakıxanov küçəsində yerləşən, 1965-ci il təvəllüdlü V.Qasımovaya məxsus evdən 1 095 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qasımovanın evindən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü S.Məmmədova və 1971-ci il təvəllüdlü N.Bəkirova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.