Bakıda oğlanı küçədə döyüb, qarət ediblər.
Hadisə paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində baş verib.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü X.Cəfərli polisə müraciət edib və küçədə naməlum şəxslərin onu döyərək, mobil telefonunu əlindən aldığını deyib.
Müraciət əsasında Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü E.Məmmədov və 2002-ci il təvəllüdlü E.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.