Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Nəsirəddin Tusi küçəsi 29 ünvanında qeydə alınıb.
1972-ci il təvəllüdlü Gözəlova Səhranə Ruhulla qızı evdə naməlum şəraitdə bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı Xətai Rayon Polis İdarəsində araşdırılır.