Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayrılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Sumqayıtda özünü doğrayan kişi infarktdan ÖLDÜ  |     22:26 "Qarabağ" və "Əşrəfi -Dan Ulduzu–Aypara" neft yataqlarına dair Anlaşma Memorandumu imzalanıb  |     22:24 Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayrılacaq  |     21:58 Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq  |     21:51 İnsanlara köpəkbalığı hücumları kəskin artıb - Səbəb nədir?  |     21:44 Hər biri Günəşdən 20 dəfə böyük olan qara dəliklər dəstəsi tapıldı  |     21:39 Türkiyə “Mir” ödəniş sisteminin işini bərpa etməkdən imtina etdi  |     21:31 Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?  |     21:26 Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir  |     21:18 Hakerlər “BingX”i sındıraraq 43 milyonluq kriptovalyuta oğurladı  |     21:13 Vilnüsdə Azərbaycanla Litva arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub  |     21:05 “Liverpul”un futbolçusu Fransa klubunu almaq istəyir  |     21:01 “Wildberries”in ofisi yaxınlığında baş verən atışma ilə bağlı 10 nəfər həbs edilib  |     20:55 Bakıda veloyürüş keçiriləcək  |     20:30 Şənbə günü yağış yağacaq - PROQNOZ  |     20:26 "Göygöl" komandasına texniki məğlubiyyət verilib  |     20:22 Naxçıvanda mikroavtobus yanıb  |     20:16 Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb  |     20:09 ABŞ-də dairə hakimi iş otağında güllələnib  |     20:02 MN-də 143 milyonluq mənimsəmə: Şahid qismində dəvət olunan rəis məhkəməyə gəlmədi  |    

Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə 100 milyon dollar ayrılacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt gücündə "Biləsuvar Solar SPV” günəş elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün 100 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.

Median.Az bankın məlumatına istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir və onun reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək. Bankın Direktorlar Şurası kreditin təsdiq edilməsini oktyabrın 22-də planlaşdırır.

Layihə "Masdar”ın (BƏƏ) törəmə şirkəti – "Abu Dhabi Future Energy Company” tərəfindən həyata keçirilir. Yeni günəş stansiyası Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək. CO2 emissiyalarında illik qənaətin 442 min tona çatması gözlənilir. Bu, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində əsas rol oynayacaq və istilik enerjisindən asılılığı azaldacaq.

Ekoloji qiymətləndirmə layihənin su quşlarının biomüxtəlifliyi ərazilərinə ciddi təsir göstərməyəcəyini müəyyən edib. Əlavə olaraq, layihə ilə bağlı ekoloji riskləri minimuma endirmək üçün kumulyativ təsir qiymətləndirməsi aparılacaq.

"Günəş stansiyasını "Nəvahi” yarımstansiyasına birləşdirən 90 kilometrlik 330 kV-luq elektrik xətti iki əsas quş sahəsinin və mühüm miqrasiya dəhlizinin yaxınlığından keçir. Xəttin tikintisinə cavabdeh olan Azərbaycan hökuməti ekoloji cəhətdən həssas ərazilərdən yayınmaq və quşlar üçün riskləri minimuma endirmək üçün xəttin marşrutunu tənzimləmək də daxil olmaqla, Dünya Bankının Ekoloji və Sosial Standartlarına riayət etməli olacaq.

Layihə sahəsinə 1 454 hektar kənd təsərrüfatı sahəsi daxildir və bu torpaqlar layihənin həyata keçirilməsi üçün Energetika Nazirliyinə veriləcək. Bu, həm fiziki, həm də iqtisadi yerdəyişmə ilə nəticələnəcək. Ətraf mühitə və sosial sferaya təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələr zamanı 69 nəfərin yaşadığı 12 ev təsərrüfatının təsirə məruz qalacağı müəyyən edilib.

Sosial-iqtisadi nəticələrin minimuma endirilməsi üçün elektrik xəttinin marşrutu korrektə ediləcək ki, bu da köçürülmənin qarşısını alacaq və əhalinin adi həyat tərzinin pozulmasını azaldacaq. Dünya Bankının standartlarına uyğun olaraq qalıq risklərin azaldılması üçün xüsusi plan hazırlanacaq”, - məlumatda bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            63 20.09.24 22:24