Xəzər rayonunun Türkan kənd sakini, 57 yaşlı İnqilab Məmmədov qarın və sinəsində çoxsaylı bıçaq yaraları ilə Bakı şəhər 3 nömrəli klinik xəstəxanaya gətirilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Hələlik kişiyə hücumun fevralın 20-də, saat 17:50 radələrində baş verdiyi məlumdur. Hücum edən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.
Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hüquq-mühafizə orqanlarının əməkdaşları hələ onu sorğu-sual etməyiblər.
Cinayət hadisəsi rayon prokurorluğu tərəfindən araşdırılır.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.