Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir – VIDEO
Ucar rayonunun Lək kəndi sakini Hafiz İbadov həmyerlisi Tural Hüseynovun ona qarşı dələduzluq etməyindən şikayətlənir.
2018-ci ilin dekabrında T.Hüseynov ümumi dəyəri 3250 manat olan 20 baş qoyunu ondan alaraq pulunu 20 günə ödəyəcəyini deyib.
Pulun vaxtında qaytarılacağına isə Hafiz İbadovun öz qaynı Elşən Hüseynov zamin durub.
Lakin o gün bu gün nə puldan xəbər var, nə də qoyunlardan. Zərərçəkən iddia edir ki, Tural Hüseynovun dələduzluq əməli bununla bitmir.
O başqa vətəndaşların da iri və xırda buynuzlu heyvanlarını alaraq pullarını mənimsəyib.
İbadovlar ailəsi faktla bağlı Ucar rayon polis şöbəsinə müraciət ediblər.
Şöbədən isə bildirilib ki, bu əməldə hər hansı dələduzluq faktı olmadığından vətəndaş məhkəməyə müraciət etməlidir.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!