Səbail rayonunda oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisindəki evlərin birindən 5000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalova saxlanılmışdır.
Faktla bağlı araşdırma aparılır.