Ali Məhkəmədə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən V.İ.-nin barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.İ. 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, V.İ. öz cinsi ehtirasını təmin etmək məqsədilə 2017-ci ilin sentyabr ayından 2018-ci ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif vaxtlarda günorta saatlarında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu ərazində yerləşən mənzilin otağında 2010-cu il təvəllüdlü F.F-nı (ad, soy ad şərti) iradəsinə zidd olaraq, köməksiz vəziyyətindən istifadə edərək, onu divanın üstündə uzadıb, paltarını soyundurub.
O, bu barədə kiməsə məlumat verəcəyi təqdirdə azyaşlıya zor tətbiq edəcəyi ilə hədələyib, onun bədənini yalayaraq, öz cinsiyyət orqanını bədəninin müxtəlif yerlərinə sürtüb.
Azyaşlı qızın valideynləri bu barədə bildikdən sonra polisə müraciət edib.