Bakıda gəncin ölümünə səbəb olan motosikletçi hakim qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:29 Milli Məclisə yeni avtomobillər alınıb  |     15:24 Torpaq bölgüsünə görə keçmiş arvadını döyən şəxsə CƏZA VERİLMƏDİ  |     14:39 İranda məcburi hicab qaydalarına əməl etməyən obyektlər bağlanır  |     14:31 Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb  |     14:26 İsrail Livanda hərbi əməliyyatlara son qoyan planı təsdiqləyib  |     14:11 Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı  |     14:08 Valentina Matviyenko: "Rusiyanın supersilahı var"  |     13:34 Nazir: Əgər əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb?  |     13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |    

Bakıda gəncin ölümünə səbəb olan motosikletçi hakim qarşısında

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramin Təhmirazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icratına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayının 22-də paytaxtın Yasamal rayonunda baş verib.

Belə ki, Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi “Hyundai Tucson” markalı 90-BM-329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10-B-619 dövlət nömrə nişanlı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 377 31.01.20 13:39