Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.
Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə kimlərinsə yüksək səslə qeyri-etik sözlər dediyini eşidib. O, buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib.
Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.