Bakıda üç qadını şantaj etməkdə təqsirləndirilən Babaşov Habil İrza oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun icraatında olan prosesdə təqsirlənsirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.
H.Babaşov barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.
O, üç qadını şantaj edib və külli miqdarda vəsait tələb edib. Qadınların şikayəti əsasında H.Babaşov məsuliyyətə cəlb edilib.