Bakıda narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayonu, Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə idarəyə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbir zamanı həmin şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov 0,7 qram narkotik vasitə olan heroini şərti alıcıya 50 manata satmaq istəyən zaman saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq F.Dadaşovun yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən olunub. Onun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq iki kiloqram 115 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə alıb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.