Bakıda böyük soyğun: “Dedilər ki, gedək, qohumlarımızın evinə girək” - VİDEO
Maşının içində həmişə evin açarı olurdu. Bir dəfə başqa bir açarın surətini çıxarmağımı demişdilər. Elə o vaxt həm çöl, həm də ev qapısının açarının surətini çıxarıb özümdə saxlamışdım.
Bakıda mənzildən 5700 manat, 6000 dollar və 60 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən dəstə üzvlərindən biri olan Tural Abbasov deyib.
Tural Abbasov zərərçəkənin yanında sürücü olaraq çalışıb.
Mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü olan Tural Abbasovun verdiyi məlum olub. O, ifadəsində evin açarının surətini daha əvvəl çıxarıb özündə saxladığını deyir:
“Tural Abbasovun qohumunun evində sürücü işləyirdim. Evdə pul olduğunu, dekabr ayının 26-da tədbir olacağını, ev sahiblərinin restoranda olacağını da bilirdim. Həmin gündən istifadə edib, belə bir iş görmək üçün Bəhruz Abbasov adlı başqa bir qohumumla danışdım.
Dedim ki, içində çoxlu pul olan belə bir ev var. Əvvəlcə razı olmadı. Bir müddət sonra yenə oturub bu barədə danışanda razılaşdı. Hətta dedi ki, bizə bir nəfər də lazımdır. İkimiz bu işi görə bilmərik. O da öz Elmir adlı tanışına dedi. Üçümüz oturub danışdıq. Evdə seyf olduğu üçün bizə kəsici vasitə lazım idi, laqunda tapdıq”.
Saxlanılan şəxslərdən Bəhruz Abbasov deyir ki, puldan ona üç min manat veriblər:
“Turalla Elmir evə girdilər. Həmin anda mənə dedikləri maşın gəlmədi. Mən də onlara xəbər vermədim. Onlar öz işlərini görüb qurtardıqdan sonra taksi ilə gedib onları götürdüm. Pulu alandan sonra mənə üç min üç yüz manat pul verdilər. İkinci dəfə də qızılları verəndən sonra 7000 manat pul veriblər.
Cəfərə təklif etdim ki, oğurluq mal var, yerbəyer etməyini istəyirəm. O da razılaşdı. Malları ona vermək üçün götürüb Masallıya apardım. Dörd gündən sonra Cəfər bura gələrək mənə 7000 manat pul verdi”.
Saxlanılan şəxs Elmir Əsgərov isə ifadəsində bu işi Turalla Bəhruzun ona təklif etdiyini deyir:
“Dedilər ki, gedək, qohumlarımızın evinə girək, pulu götürüb çıxaq. Evə girəndə Bəhruz çöldə qalmışdı. Tural qapını açarla açdı, evə girdik. Laqunda ilə seyfi açdıq, pulu götürdük və çıxdıq”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!