Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Mehdiyev dekabrın 9-da “Volkswagen” markalı avtomobilinin
qaçırıldığını bildirib.
DİN Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin Ağdaş rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Avtomobil BDYPİ-nin Ağdaş rayonu ərazisindəki stasionar postunda saxlanılıb, nəqliyyat vasitəsini qaçıran rayon sakini Q.Əliyev avtomobillə birgə Rayon Polis Şöbəsinə (RPŞ) təhvil verilib.
Araşdırma aparılır.