Median.Az xəbər verir ki, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evdən 5000 manat və 850 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mahmudova saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.