Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7-ci mikrorayon ərazisindəki marketdən və M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazadan ümumilikdə 3080 manat oğurlayan Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılıblar.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.