Median.Az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də Nəvahi qəsəbəsində, Goranboy rayon sakini E.Həsənova məxsus “QAZel” markalı avtomaşından 500 manat və sənəd oğurlayan Balakən rayon sakini S.Hacıyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.