Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsinə müraciət edən Ağcabədi rayon sakini F.Rzayev noyabrın 13-də Moskva prospektindəki evində naməlum 4 nəfərin ona zor tətbiq edərək 98 mana pulunuı aldıqlarını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdə kirayədə yaşayanlar – E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.