Ağcabədi rayon sakininə qarşı soyğunçuluq edilib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı F.Rzayev polisə müraciət edib.
Qeyd edib ki, o, Moskva prospektindəki evlərin birində olarkən 4 nəfər ona zor tətbiq edərək 98 manatını alıb.
Hadisə noyabrın 13-də qeydə alınıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər, qeyd edilən evdə kirayədə yaşayanlar - E.Əsgərov, V.Vəliyev, E.Fətəliyev və onun qardaşı saxlanılıblar.
Araşdırma aparılır.