Median.Az xəbər verir ki, DİN “102” Zəng Mərkəzinə Xaçmaz rayonunda quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.
Müəyyən edilib ki, noyabrın 6-ı saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs, bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.