Döydülər, pulunu götürdülər, qalığını qaytardılar: Bakıda “vicdanlı soyğunçular” axtarılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Döydülər, pulunu götürdülər, qalığını qaytardılar: Bakıda “vicdanlı soyğunçular” axtarılır

38 yaşlı Bakı sakini Mehman Hüseynov noyabrın 2-də, günorta saatlarında qeyri-adi soyğunçuluq hadisəsinin qurbanı olub.

Median.Az
xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saat 12: 00-da Dərnəgül qəsəbəsi ərazisində bir nəfər gəncə Rail və Ziya adlı şəxslər tərəfindən hücum edilib. Belə ki, onu zorla "Nissan" markalı maşına mindiriblər.

Avtomobilin salonunda təcavüzkarlar M.Hüseynovu döyərək onu bıçaqla hədələyib və Nərimanov rayonu ərazisi, Əhməd Rəcəbli küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə aparıblar. Burada quldurlar M.Hüseynovdan 50 manat götürüblər.

Təcavüzkarlar zərərçəkənin gözü qarşısında onun pulu ilə yanacağın ödənişini ödəyib və 30 manatı M. Hüseynova qalıq olaraq geri veriblər.

Yanacaqdoldurma məntəqəsindən ayrıldıqdan sonra Rail və Ziya qurbana qaçmağa imkan verib. M.Hüseynov dərhal polisə müraciət edib.

Hazırda müstəntiqlər vicdan soyğunçularını saxlamağa çalışır. "Nissan" markalı avtomobilə sahib olan təcavüzkarların şəxsiyyəti artıq müəyyən olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 338 04.11.19 20:04