Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Hüseybala Şamilovun (1972-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Hüseynbala Şamilov Zabrat qəsəbəsində yerləşən “İmam Zaman” məscidində 2015-ci ildə qiblənin istiqamətinin kompasla yoxlayan zaman istiqamətin düzgün olmadığını araşdırıb, bununla bağlı məscidin axundu, qardaşı Kamran Şamilova iradını bildirib.
Şamilovun bundan sonra ayrı-ayrı vaxtlarda, eləcə də 2019-cu il martın 31-dək dəfələrlə onu insanlar arasında nalayiq ifadələrlə təhqir edib, məscidə buraxmamasını öz şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib. Kamran Şamilovu öldürməyi planlaşdıran
Hüsenbala həmin gün saat 16 radələrində Kamranını yaşadığı Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, 36 ünvanının qarşısına gəlib və sonuncunu “Azsamand” markalı avtomobildə oturduğunu görüb. Qisas niyyəti ilə 2016-cı ilidən istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi odlu silah hesab olunan tüfəng kəsiyinə 2 ədəd 16 kalibrli patronu yerləşdirib. Sürücü tərəfdən yaxınlaşaraq silahı Kamran Şamilova tuşlayaraq, sinə və qarın nahiyələrindən atəş açıb. Aldığı ağır yaralardan zərərçəkmiş hadisə yerində vəfat edib.
Həmin tarixdə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan “J.P SAUER & SOHN” modelli, lülələri və qundağı kustar üsulla kəsilib qısaldıllmış tüfəng kəsiyi götüürülüb.
Məhkəmə prosesində Hüsenbala Şamilov ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.