Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini H.Ələkbərov, oktyabrın 21-də Nərimanov rayonunun ərazisində 2 nəfərin ona məxsus, içərisində bank kartları olan pulqabısını açıq talama yolu ilə almalarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini R.Tağıyev və Füzuli rayon sakini E.Nəsirov saxlanılıb.
Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.