Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Seymur Abdullayevin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il mayın 3-də Sumqayıt şəhərinin N.Nərimanov küçəsində yerləşən Mərkəzi Bazarda Seymur Abdullayev şəxsi münasibətlərin aydınlaşdırılması zəminində qeyri-rəsmi yaşadığı Gülnar Əmənovaya bıçaqla ağır xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşıb.
Zərərçəkmiş Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində həyatı xilas edilib.
Faktla şəhər prokurorluğunda ilkin olaraq CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, lakin G.Əmənovanın mayın 14-də vəfat etməsi səbəbindən həmin maddə 120.1-ci (qəsdən adam öldürmə), daha sonra isə 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.
Yaxın günlərdə cinayət işi üzrə hazırlıq iclası təyin olunacaq.