Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-dən 13-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan pul və tütün məmulatı oğurlayan Bakı şəhər sakini E.Hüseynov və Qəbələ rayon sakini N.Ələkbərov saxlanılıblar.
Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.