Median.Az xəbər verir ki, oktyabrın 2-i saat 9 radələrində H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub.
Nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan
“Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.