Median.Az xəbər verir ki, Bərdə RPŞ-nə müraciət edən şəhər sakini M.Hüseynov, oktyabrın 20-i saat 19 radələrində şəhər ərazisində naməlum şəxsin ona zor tətbiq edərək 286 manat pulunu almasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Paşazadə saxlanılıb.
Bərdə RPŞ-də CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.