Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evdən 5900 manat, 900 dollar və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan qəsəbə sakini M.Həsənov saxlanılıb.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.