Median.Az xəbər verir ki, Xətai RPİ-nin 37-ci polis şöbəsinə müraciət edən Qazax rayon sakini A.Bağırov, oktyabrın 17-i saat 19 radələrində idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində minən 2 nəfərin, onu döyərək 88 manat pulunu və mobil telefonunu apardıqlarını bildirib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini S.Ələkbərov saxlanılıb, cinayətdə iştirak edən digər şəxs isə müəyyən edilıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq), əməliyyat-axtarış tədbirləri davam etdirilir.