Binəqədi rayonunda ailə münaqişəsi zəmnində qətl hadisəsi baş verib.
1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılova ilə mübahisə edib.
Daha sonra ona bıçaqla bir neçə dəfə xəsarət yetirib.
V.Hüseynov bibisi və həm də qayınanası, 85 yaşlı Luiza İsmayılovanı bıçaqla öldürüb.
Təranə İsmayılova çox qan itirdiyindən hadisə yerində ölüb.
V.Hüseynov həyat yoldaşı və qayınanasının meyitinin üzərinə benzin tökərək yandırıb.
Hadisəni törədən V.Hüseynov ərazidən yayınmağa çalışsa da, “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub.
O, dərhal xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, Vaqif Hüseynov həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib.
Mübahisə də bu səbəbdən baş verib. Məsələdən qəzəblənən şəxs həyat yoldaşı və qayınanasını qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
/oxu.az/