Median.Az xəbər verir ki, oktyabrın 14-ü saat 20 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Ramazan Quliyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi və Sumqayıt ŞPİ 5-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Opel” markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini F.Babayeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.