Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 11-nə keçən gecə Sabunçu qəsəbəsindəki evdən 54 manat pul və mobil telefon oğurlayan Bakı şəhər sakini N.Vəliyev saxlanılıb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.