Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da rayon ərazisindəki evdən 3200 manat və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakinləri Q.İsayev və N.Bağıyev saxlanılıblar.
Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.