Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-i saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirib.
22-ci polis şöbəsi və Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.