Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qurbanlının mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən Qazax rayon sakini S.Vəlizadə saxlanılıb.
Fakta görə CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.