Median.Az xəbər verir ki, Xəzər RPİ 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini E.Heydərov saxlanılıb, şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Dindirmə zamanI o etiraf edib ki, narkotik vasitəni Binə qəsəbə sakini E.Nurəliyevdən alıb.
Keçirilmiş növbəti tədbir zamanı sonuncu saxlanılıb, onun evindən 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin götürülüb.
Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.