Median.Az xəbər verir ki, Suraxanı RPİ 30-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın, oktyabrın 11-i gecə saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub Dədə Qorqud qəsəbəsinə getdiyini, ora çatdıqda sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Məmmədov müəyyən edilərək saxlanılıb.
Suraxanı RPİ Istintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.