Azərbaycanlı Leninqradda DJ-i musiqi seçimini bəyənmədiyinə görə öldürüb.
Hadisə Leninqraddakı kafedə baş verib.
Belə ki, kafedəki musiqini bəyənməyən qonaq dəfələrlə nalayiq ifadələrlə DJ-dən musiqini dəyişməsini tələb etsə də, rədd cavabı alıb. Bu zaman qəzəblənən qonaq bıçaq götürərək DJ-i ürəyindən yaralayıb.
Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, müstəntiqlər qətldə şübhəli bilinən azərbaycanlını axtarışa verib.