Median.Az xəbər verir ki, Xəzər RPİ 3-cü polis bölməsinə müraciət edən Binə qəsəbə sakini E.Qənbərov, oktyabrın 9-da qəsəbə ərazisində 2 nəfərin onu aldadaraq bank hesabından 200 manat pulunu çıxarmasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - qəsəbə sakini T.Əliyev və Ucar rayon sakini S.Hüseynov saxlanılıblar.
Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.