Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İlham Soltanəliyevin CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, dekabrın 16-da Nizami rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, 26 yaşlı İlham Soltanəliyev münaqişə zəminində orada işləyən Cəbrayıl rayon sakini, 28 yaşlı Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralanan şəxs 3 saylı şəhər klinik xəstəxanasına aparılarkən yolda ölüb.
Nizami RPİ 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Soltanəliyev saxlanılıb, fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.