Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsinə müraciət edən qadın, oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq, ələ keçirməsini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Suraxanı qəsəbə sakini E.Səfərov saxlanılıb.
Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.