Kiyevdə öldürülən 23 yaşlı azərbaycanlının kimliyi bilinib.
Həmin şəxs rəqqas Cavid Hacıyev olub.
C.Hacıyev İqtisad Universitetində magistr təhsili alırmış.
Onu öldürən şəxs hadisə yerindən qaçıb.
Qeyd edək ki, ilkin məlumata görə, Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb.
/oxu.az/