Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.//milli.az