Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən rayon sakini X.Məmmədov saxlanılıb.
Araşdırma nəticəsində, onun şəhər ərazisində “Baic” markalı avtomobildən, içərisində 773 manat və sənəd olan çanta oğurlaması məlum olub.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.