Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
İnsident 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.
Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
/oxu.az/