Bakı Ağır Cinayətlrlər Məhkəməsinə Sumqayıt ş. sakini Məzahir Şıxməmmədovun (1996-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, qətl bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovdur, onun sifət nahiyyəsində sınıq xəsarətləri aşkar edilib.
Hadisə yerinə və meyitə ekspertin iştirakı ilə baxış keçirilib, cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.
Şübhəli şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron RPİ-nə gətirilib.
Məzahir Şıxməmmədov cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Mənə qarşı etdiyi hərəkətlərin üstündən neçə dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim, əmimə əvvəlcə 5-6 yumruq vurdum, ardınca baş nahiyəsinə şüşə qabla zərbə endirdim. İzi itirməkdən ötrü mənzili yandırdım və oradan uzaqlaşdım”.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış oktyabrın 11-ə təyin edilib.