Bakıda gəlin qayınanasının qızıllarını oğurlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və ev sahibinin oğurluğu törətməkdə şübhəli bilinən gəlini saxlanılıb.