Median.Az xəbər verir ki, oktyabrın 2-i gecə saat 2 radələrində Tərtər rayonunun Sarov kəndində, kənd sakini Z.Kərimovun qətlə yetirilməsi barədə DİN “102-Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə Sarov kənd sakini C.Kərimovun və Kəngərli kənd sakini Z.Abbaszadənin qisas və tamah məqsədi ilə Z.Kərimovu bıçaqla qətlə yetirmələri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Abbaszadə və C.Kərimov saxlanılıblar.
Tərtər rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.