Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Qazax rayon sakini M.Eyyubovun 300 manatını dələduzluq yolu ilə ələ keçirən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.
Araşdırma zamanı, onun əvvəllər də daha 5 nəfərə qarşı dələduzluq etməsi müəyyən edilib.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.