Bakı Apellasiya Məhkəməsində Sunay Vəliyevin (1980-ci il təv.) CM-nin 263.2 (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Median.Az xəbər verir ki, bu il fevralın 9-da Xətai rayonu, Zığ yolu küçəsində S.Vəliyevin idarə etdiyi “Mercedes-Benz GLS” markalı (99-VS-999) avtomobillə Müşfiq Əliyevi (1969-cu il təv.) vurub və hadisə yerindən qaçıb. Nəticədə zərərçəkmiş ölüb. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat -axtarış tədbirləri nəticəsində şübhəli şəxs səhərisi gün tutulub.
Araşdırma zamanı məlum olub ki, Sunay Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ilin noyabr ayında vəfat edəndən sonra onun biznesi ilə oğlu onun məşğul olub.
Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, S.Vəliyevin apellyasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.